Bottiçellinin əsəri 45 milyon dollara satılıb

 

İntibah dövrünün ən məşhur rəssamlarından olan Sandro Bottiçellinin “Kədər adamı” tablosu Nyu-Yorkdakı “Sotheby’s” hərracında 45,4 milyon dollara satılıb.

Bu, hərraclarda indiyədək İntibah dövrünə aid rəsm əsərlərinə qoyulan ən yüksək qiymətlərdən biridir.

“Sotheby’s” hərrac evindən bildirilib ki, Bottiçellinin əsərləri, xüsusilə də son işləri hərraclarda olduqca nadir tapıntıdır. Qeyd olunub ki, “Kədər adamı” tablosu 1963-cü ildə hərracda alındıqdan sonra eyni adamın şəxsi kolleksiyasında qalıb.

Sandro Bottiçelli İtaliyanın ən tanınmış rəssamlarından biri hesab olunur. Onun əsərləri arasında “Veneranın doğulması”, “Bahar”, “Venera və Mars” xüsusilə məşhurdur.

Cavid