Mədəniyyət Nazirliyi “Şuşa İli”nə həsr olunmuş pyes müsabiqəsi elan edir.

Müsabiqəyə indiyə qədər heç bir teatrda səhnələşdirilməyən pyeslər qəbul olunur.

Müxtəlif janrlı əsərlərin yazılması arzuolunandır. Bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Müsabiqəyə qatılmaq üçün yaş məhdudiyyəti yoxdur.

Əsərlər sentyabrın 1-nə qədər qəbul edilir.

Qalib pyes müəllifi 2000 AZN məbləğində pul mükafatı ilə təltif olunacaq və dövlət sifarişi əsasında tamaşaya qoyulacaq.

İştirakçılar pyeslə birlikdə özləri haqqında məlumatı, şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrələrini em.aliyev@culture.gov.az ünvanına göndərməlidirlər.

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84

Telefon: (012) 493-06-03