Fevralın 22-də Heydər Əliyev Sarayında tanınmış müğənni Cəlal Abbasov və “Shanson cover band” qrupunun konserti keçiriləcək. Saraydan bildirilib ki, saat 20:00-da başlayacaq konsertdə müxtəlif illərin sevilən hit musiqiləri qrupun yeni aranjimanında səsləndiriləcək.
Cəlal Abbasov bir sıra estrada müsabiqələrinin, festivalların (“Vostoçnıy bazar”, “Bakı gecələri” və s.) iştirakçısı və qalibidir. Müğənninin repertuarında bəstəkar və xalq mahnılarından savayı, rus, ingilis, italyan və digər dillərdə ifalar var.
Qeyd edək ki, bu, müğənninin Heydər Əliyev Sarayında dördüncü konsert proqramıdır. Onun sonuncu şanson gecəsi pandemiyadan öncə – 2020-ci ilin fevralında bu səhnədə gerçəkləşmişdi.