"Musulmans en France" xəbər portalında "Aleksandr Düma və Azərbaycan şairi Natəvanın görüşü" adlı məqalə dərc olunub.

Məqalə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində "Şuşa İli" ilə əlaqədar yayımlanıb.

ADTM-nin əməkdaşı Hacı Abdullanın müəllifi olduğu məqaləni fransız dilinə mərkəzin mütəxəssisi Fərhad Tağızadə tərcümə edib.

Qeyd edək ki, "Musulmans en France" portalında müntəzəm olaraq dünya müsəlmanlarının görkəmli şəxsiyyətləri haqqında materiallar verilir.

Məqalənin linki: https://musulmansenfrance.fr/la-rencontre-dalexandre-dumas-et-de-la-poetesse-azerie-natavan/