Milli Qəhrəman və şəhidlər haqqında videoçarx

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 6 nömrəli filialı fevral ayında doğum günləri olan Milli Qəhrəman və şəhidlərimiz haqqında videoçarx hazırlayıb.

Baş idarədən bildirilib ki, hər ay doğum günləri olan qəhrəmanlarımız haqqında məlumat xarakterli videoçarxların hazırlanaraq sosial şəbəkələrdə yayımlanması uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi yönündə görülən işlərə dəstək xarakteri daşıyır.

Videoçarxda fevralda dünyaya gəlmiş 41 Milli Qəhrəman və şəhidin fotoları, şəxsi və döyüş istiqamətləri haqqında materiallar, eləcə də Ali Baş Komandanın təltif fərmanları haqqında məlumatlar yer alıb.