Bu yaxınlarda Rusiyanın Birinci kanalında tanınmış Azərbaycan aktyorlarının da rol aldığı tarixi mövzuda çəkilən “Ola bilsin, sultan özünə yeni əyləncə tapıb. Yeniçər” (“Возможно, султан нашел себе новую забаву. Янычар”) serialının nümayişü başlayacaq.

Serialda hadisələr rus çarı Boris Qodunovun hakimiyyəti illərində (1598-1605) cərəyan edir. Bu kontekstdə Çar Rusiyası ilə Osmanlı İmperiyası arasında münasibətlərə toxunulur.

Ekran işində Rusiyanın tanınmış aktyorları ilə yanaşı, ölkəmizdən Xalq artisti Pərviz Məmmədrzayev və aktyor Kamran Ağabalayev, eləcə də kaskadyorlarımız Sain Fərmanlı və Tural Xəlili çəkilib.

Filmdə Kamran Ağabalayev əsas rollardan birini – Bəyazid ağanı, Pərviz Məmmədrzayev isə Trabzon valisini canlandırıb.

Çəkilişləri Rusiya və Türkiyədə aparılan serialın rejissoru İvan Şurxovetski, prodüseri Yelena Deniseviçdir. Layihəni Birinci kanal üçün “Mars Media” kino şirkəti həyata keçirib. Ekran işinin treyleri artıq Birinci kanalın saytında yerləşdirilib.

Lalə