Rusiyanın 14 şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün müraciət edib.

Bu barədə Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədrləri – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında videokonfrans formatında keçirilən görüşdə məlumat verilib.

Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.

Görüşdə o da bildirilib ki, Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 20-ci iclası bu ilin aprel-may aylarında Bakıda keçiriləcək.