Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən tanınmış kitabxanaşünas alim, Bakı Dövlət Universiteti (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi Kitabxanaşünaslıq kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Mehmanəli Məmmədovun 65 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.

Mehmanəli Məmmədov 1987-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyət göstərir. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun rəhbərliyi ilə yazdığı “Azərbaycan Respublikası kitabxanalarında kitabxanalararası abonement sistemi” mövzusunda dissertasiya işini 2000-ci ildə müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

“Kitab çeşidi işinin nəzəriyyəsi və metodikası”, “Elmi-texniki kitabxana şəbəkələrində mütəxəssislərə kitabxana informasiya xidməti”, “Sənəd-informasiya daşıyıcıları”, “Kitabxana-informasiya fəaliyyətinin menecmenti və marketinqi”, “Azərbaycanda texniki kitabxanaların inkişafı” və s. monoqrafiya və dərs vəsaitlərinin, elmi məqalələrin müəllifidir. Elmi-pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilib.

Virtual sərgidə fotolar, alimin müəllifi olduğu kitablar, dövri mətbuatda dərc olunan məqalələri nümayiş olunur.

Link: http://anl.az/el/vsb/Mehmaneli_Memmedov/index.htm.