Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü ilə jurnalist, PR menecer, müxtəlif dövlət qurumlarında mətbuat katibi kimi fəaliyyət göstərmiş Səmayə Məmmədovanın "Peşəkarlığın rəsmi" kitabının təqdimat mərasimi keçirilib.

Fevralın 18-də Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə RMİ-nin rəisi Fərid Qurbanzadə və rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev müəllifi təbrik edib, ona yeni uğurlar arzulayıblar.

Səmayə Məmmədova kitabın yazılma prosesindən söhbət açıb, jurnalistika və piar sahəsində 22 illik təcrübəsindən maraqlı məqamları iştirakçılarla bölüşüb. Tədbir diskussiya şəklində davam edib.

Sonda Səmayə Məmmədova kitabını iştirakçılar üçün imzalayıb. Xatirə şəkli çəkdirilib.

Təqdimat mərasimində rayon gəncləri, müxtəlif dövlət qurumlarının əməkdaşları, Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin tələbələri iştirak ediblər.