Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “21 fevral – Beynəlxalq Ana dili Günü” adlı virtual sərgi hazırlanıb.

Beynəlxalq Ana dili Günü 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə qeyd olunan bu gün hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin ana dili haqqında fikirləri, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Beynelxalq_ana_dili_gunu/index.htm