Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri keçmiş Sovet Ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı soyqırımı – 30” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Xocalı faciəsini ilə bağlı kitablar və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

Virtual sərginin linki: http://anl.az/el/vsb/Xocali_soyqirimi_30/index.htm