Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Mədəniyyət Nazirliyinin müvafiq tədbirlər planına uyğun olaraq, M.F.Axundzadə adına Milli Kitabxananın əməkdaşları tərəfindən “Khojaly tragedy – 30” adlı ingilis dilində virtual fotosərgi hazırlanıb.

Sərginin məqsədi dünya ictimaiyyətini erməni qəsbkarlarının Xocalıda törətdiyi insanlıq əleyhinə cinayətlər barədə məlumatlandırmaqdır.

Fotosərgidə ingilis dilində Azərbaycanın görkəmli şəxsiyyətlərinin Xocalı soyqırımı haqqında fikirləri, Xocalı ağrısını özündə əks etdirən fotolar təqdim olunur.

Fotosərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Khojaly_tragedy_30/index.htm