Azərbaycan Televiziyası “Muğam” Televiziya Müsabiqəsinə start verir. Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan ənənəvi müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə keçiriləcək.
Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar. İştirak etmək istəyənlər sənədlərini aşağıdakı bölgə və şəhərlər üzrə müvafiq təşkilatlara təqdim etməlidir:
Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar – Lənkəran Regional Mədəniyyət İdarəsinə;
Bərdə, Yevlax, Xocalı, Xocavənd, Tərtər, Ağdam, Ağcabədi, Cəbrayıl, Füzuli – Bərdə Regional Mədəniyyət İdarəsinə;
Şamaxı, Zərdab, Ağsu, Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Qobustan, İsmayıllı – İsmayıllı Regional Mədəniyyət İdarəsinə;
Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən bölgələrindən – Xaçmaz Regional Mədəniyyət İdarəsinə;
Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları, Şəki və Mingəçevir şəhərləri – Şəki Regional Mədəniyyət İdarəsinə;
Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala, İmişli, Beyləqan rayonları, Şirvan şəhəri – Sabirabad Regional Mədəniyyət İdarəsinə;
Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Tovuz, Qazax, Ağstafa, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərləri – Gəncə Regional Mədəniyyət İdarəsinə;
Naxçıvan Muxtar Respublikası ərazisində yaşayanlar – MR Mədəniyyət Nazirliyinə;
Zəngilan, Qubadlı, Şuşa, Abşeron, Xızı rayonları, Sumqayıt və Bakı şəhərləri – AzTV-nin Musiqi və əyləncəli proqramlar redaksiyasına müraciət edə bilərlər.
Sənədlər fevralın 28-dən martın 28-nə kimi qəbul olunur. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmır.
Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidir.