Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə rusiyalı kinorejissor, ssenarist Andrey Tarkovskinin “Həkk olunmuş zaman” (“Zapeçatlennoe vremya”) kitabı Azərbaycan dilində nəşr olunub.

“Parlaq imzalar” nəşriyyatında çap olunan kitabı şair, publisist Azad Yaşar tərcümə edib.

Bir neçə xarici dilə tərcümə olunmuş “Həkk olunmuş zaman” kitabı Andrey Tarkovskinin sənət manifestidir. Kitabda müəllifin filmin təsvir həlli, montaj, ssenari üzərində iş haqda fikirləri və ideoloji baxışları yer alıb.

Nəşr kino ilə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı olmaqla yanaşı, bu sahədə təhsil alan tələbələr üçün dəyərli vəsaitdir.