Sumqayıt RMİ Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin skripka şöbəsinin 5-ci sinif şagirdi Ayan Abdullayeva və 4-cü sinif şagirdi Azər Quliyev Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formatda keçirilən I beynəlxalq vokal-musiqisi müsabiqəsində birinci dərəcəli laureat adını qazanıblar. Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 6-cı sinif şagirdi Aytac Vəlizadə isə İsraildə onlayn keçirilən “Ümid qapıları” adlı beynəlxalq musiqi festivalında öz yaş kateqoriyasında 1-ci yerə layiq görülüb.

Ağdaş RMİ Habil Əliyev adına Ağdaş şəhər Uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanda keçirilmiş II beynəlxalq vokal-instrumental onlayn müsabiqəsində ("İnternational Music Astana") uğurla çıxış ediblər. Məktəbin şagirdləri Aysu İsgəndərzadə, Ayla Umarlı, Fatimə Cəbiyeva və Əsmər Mustafazadə I, Fidan Qarayeva, Nərmin Mabudova, Ülkər İbrahimli və Rahilə Mirəddinli II, Xədicə Əlizadə isə III dərəcəli laureat diplomuna layiq görülüblər.