Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Belarusun paytaxtı Minskdə onlayn formatda keçirilən “Qış melodiyası” beynəlxalq musiqi müsabiqəsində uğur qazanıblar.

Məktəbin Fortepiano şöbəsinin şagirdləri Səid Vəlizadə, Zəhra Kərimova, Ayla Pənahova, Atilla Quliyev, Çingiz Ələsgərov, Aysu Məmmədzadə, Mədinə Qurbanlı, İnci Vəlizadə və Nəzrin Rüstəmova öz yaş kateqoriyalarında 1-ci yerə layiq görülüblər. Şagirdləri müsabiqəyə hazırlayan müəllimləri Esmira Əliyeva, Sevda Ələkbərli, Təranə Eminli isə diplomla mükafatlandırılıb.

Həmin müsabiqədə Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdi Aydan Əliyeva fortepiano ixtisası üzrə öz yaş kateqoriyasında 1-ci yerə, İsmayıl Şahbazlı isə II yerə layiq görülüb. Şagirdləri festivala müəllimləri Gülbəniz Həsənova hazırlayıb.

Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq incəsənət məktəbinin Fortepiano şöbəsinin şagirdləri Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “Bahar melodiyaları” beynəlxalq onlayn müsabiqəsində iştirak ediblər. Məltəm Əliyeva I Sürəyya Hümmətzadə və Mehin İntiqamqızı II, Nuray Məmmədli isə III dərəcəli laureat adını qazanaraq diplomla təltif olunublar. Şagirdləri müsabiqəyə müəllimləri Ramilə Rəhimova və Nurlana Həsənova hazırlayıb. RMİ-nin əhatə etdiyi Xızı rayon Uşaq musiqi məktəbinin şagirdi Mədinə Naibzadə (piano) isə 3-cü dərəcəli laureat adını qazanıb. Onun müəllimi Fatma Quliyeva təşəkkürnamə ilə təltif edilib.

Nurəddin