“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə Novruz bayramı ərəfəsində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşmuş İçərişəhər sakini Fərid Əliyevin ailəsini ziyarət edib.

İdarənin mətbuat xidmətindən bildirilib ki, Şahin Seyidzadə ailə üzvlərinin şəhidlə bağlı xatirələrini dinləyib, qayğıları, ehtiyacları ilə maraqlanıb. Şəhid ailələri və qazilərimizin daim diqqət mərkəzində saxlanıldığı, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində bundan sonra da qayğı göstəriləcəyi vurğulanıb.