Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Keyfiyyət təminatı şöbəsi Keyfiyyətin planlaşdırılması və inkişafı bölməsinin rəhbəri Şirməmməd Məmmədov, Biznes idarəçiliyi fakültəsinin dekan müavini İlahə Əliyeva, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İncə Əliyeva “Erasmus+” proqramı çərçivəsində Türkiyədə Eskişehir Anadolu Universitetinin fəaliyyəti ilə tanış olublar.

Anadolu Universiteti Turizm fakültəsinin dekanı professor Oktay Emir, fakültənin “Erasmus+” proqramı üzrə koordinatoru və müəllimi Engin Bayraktaroğlu, Beynəlxalq şöbənin məsul əməkdaşı Lili Feng ilə görüşən ATMU əməkdaşları onlayn təhsil və əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Kurikulum üzrə turizm menecerləri və bələdçilər üçün təlimin təşkili, qastronomiya və kulinariya mütəxəssislərinin hazırlanması, tələbələrin peşəkar vərdişlərə yiyələnməsi, fakültə laboratoriyalarının və tətbiqi dərslərin formatı və digər məsələlər nəzərdən keçirilib.