Prezident İlham Əliyev martın 16-da “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Saziş 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanıb.

Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə UNESCO-ya bildiriş göndərmək tapşırılıb.