Beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda ermənilərin azərbaycanlılara məxsus məzarları dağıtmasını özündə əks etdirən minlərlə fotonu çəkərək sənədləşdirib.

Bu barədə 2021-ci il üçün ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında deyilir.

Hesabatda bildirilir ki, məzarların təhqir olunması, bəzi hallarda isə məzarların qarət edilməsinə dair hallarla bağlı fotosübutlar var: “Məsələn, ayrı-ayrı məzarlar qazılıb, çuxurlar tapılıb. Digər ərazilərdə ağır texnika ilə dağıdılma və ekshumasiyaya dair sübutlar var. Ağdamda Şəhidlər xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə meyitlərin dəfn olunduğu yerlərdə çuxurların fotolarını çəkib. Qəbiristanlıqda bir dağıdılmış başdaşı qalıb. Bir çox məzarda ölənlərin fotoları məhv edilib. Bundan əlavə, meyitlər məzarlardan çıxarılıb və onların qızıl dişləri sökülüb, kəllə və digər sümüklər ətrafa səpələnib...”.