Bakı şəhəri Mehdiabad qəsəbəsi Uşaq musiqi məktəbinin şagirdləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin ev-muzeyinə ekskursiya ediblər.

Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva şagirdlərə görkəmli bəstəkar və dirijor Niyazinin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verib.

Sonra məktəbin şagirdləri xüsusi olaraq muzeyə ziyarətləri zamanı ifa etmək üçün hazırladıqları, maestro Niyazinin anadan olmasının 110 illiyinə və onun atası, görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycanda musiqili teatrın yaradıcılarından biri olan Zülfüqar Hacıbəyovun doğum gününə ithaf etdikləri konsert proqramı ilə çıxış ediblər.