Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist, publisist, şair, I Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin (1952-1991) anadan olmasının 70 illiyi ilə əlaqədar "Qəhrəmanlar unudulmur" adlı anım tədbiri keçirilib. Tədbirdə qeyd olunub ki, 20 noyabr 1991-ci ildə erməni silahlı qüvvələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. İndiki Xocavənd rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu "Mi-8" vertolyotu raketlə vurulub. Həmin vaxt həlak olan heyətin arasında Azərbaycan Televiziyasının çəkiliş qrupunun üzvü Alı Mustafayevdə vardı.

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin M.Ə.Sabir adına kitabxana filialı tərəfindən Vətən müharibəsi şəhidləri Tərlan Fətullayev və Vüsal Allahyarovun doğum gününə həsr olunan “Unudulmayan qəhrəmanlar” adlı tədbir keçirilib.

Sumqayıtın Tarixi Muzeyinin kollektivi Vətən müharibəsi şəhidi Samir Nadirovun ailəsini ziyarət edib. Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinə tabe olan C.Cabbarlı adına Mədəniyyət evinin kollektivi İkinci Qarabağ müharibəsi şəhidi Mehman Yusifovun ailəsi ilə görüşüb. Sumqayıt şəhər MKS-nin Gənclər Kitabxanasının kollektivi isə Vətən müharibəsi şəhidi Rüfət Mustafayevin ailəsinə baş çəkib.
Nurəddin