21-25 sentyabr tarixində VI “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. Builki festival “Təkamülə qarşı inqilab” mövzusuna həsr olunub.

Təşkilatçılar bu mövzunu bəşəriyyətin artıq təkamülə arxalanmaması ilə izah edirlər. Bu gün insanları növlərin təbii inkişafını tarazlaşdıran elm daha çox maraqlandırır. Həyatın sürəti günü-gündən artıdığından onu yavaşlatmaq artıq qeyri-mümkündür. Bu gün yer üzündə mövcud olma artıq səbirsizliklə şərtlənir. Tələskənlik, cəldlik müasir insanın reallığına çevrilir. Müasir cəmiyyətin digər problemi isə enerji çatışmazlığıdır. Gündəlik hadisələr burulğanında insanlar daxili-mənəvi güclərinin çatışmazlığını doldurmaq üçün getdikcə daha az qaynaq alırlar. Yuxu və həblər artıq xilas etmir. Kimsə cismini və ruhunu qüvvətləndirmək üçün təbiət və meditasiyanın köməyinə müraciət edir. Lakin insanlıq, zaman və resurslara münasibətini yenidən nəzərdən keçirməzsə, hamımız növbəti şəfəqə gecikə bilərik.

VI “DokuBaku” festivalı bütün kinematoqrafçıları, aşağıdakı nominasiyalar üzrə təqdim olunacaq əsas müsabiqədə iştiraka dəvət edir:

Ən yaxşı tammetrajlı sənədli film

Ən yaxşı qısametrajlı sənədli film

Ən yaxşı yerli sənədli film

Uşaqlar üçün ən yaxşı sənədli film (“DokuKids”).

Müsabiqəyə ərizə qəbulunun son tarixi – 12 iyul.

Seçilən filmlər 2 avqust – Azərbaycan Kinosu Günündə elan ediləcək.

Qeyd edək ki, 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən təsis olunan festival müxtəlif ölkələrdən sənədli filmlərin nümayişi ilə yanaşı, yerli filmmeykerlərə dəstək vermək məqsədi daşıyır.

Lalə