Biləsuvar RMİ-nin Neftçala nümayəndəliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Neftçala nümayəndəliyi, rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənc show” layihəsinə başlanılıb.

Layihənin məqsədi gənclərin dünyagörüşünün və hazırcavablığının artırılması, onların estetik zövqünün inkişaf etdirilməsi, eyni zamanda istedadlarının aşkar olunması üçün əlverişli şəraitin yaradılması və gənclərin incəsənət sahəsində qabiliyyətlərinin stimullaşdırılmasından ibarətdir. Layihə çərçivəsində 5 seçim turu üzrə, ümumilikdə 30-a yaxın komanda mübarizə aparacaq. Seçim turlarının yekununda münsiflər heyətinin qiymətləndirmələri əsasında ən çox xal toplayan 7 komanda öz güclərini bir daha final mərhələsində yoxlayacaqlar.

Layihə üzrə “Gənc show” – şən və hazırcavablar klubu” Neftçala rayon liqasının I seçim turu artıq yekunlaşıb. Komandalar tərəfindən “Musiqi və rəqs ifası”, “Komandaların təqdimatı”, “TrendSƏN”, “Reklamlar” və “Tamaşa” nömrələri əsasında çıxışlar nümayiş etdirilib. Gərgin keçən mübarizənin sonunda “Ulduzlar” komandası 286 xal, “Səkkizdə səkkiz” 268, “Vətən” 237, “Muğan” 212 xal, “Xarıbülbül” isə 172 xal toplayıb.

Nurəddin