Aprelin 24-də Qobustan Milli Tarix-Bədii Qoruğunda "Qobustan Trail" cığır qaçışı keçirilib. Yarışma Qobustan Milli Tarixi-Bədii Qoruğunun dəstəyi, Dağçılıq İdman Klubunun təşkilatçılığı ilə gerçəkləşib.
Dairəvi marşrut üzrə – Qobustan Milli Tarix-Bədii Qoruğunun muzey binasından başlayaraq qoruq ərazisini əhatə edən cığır qaçışında 100-dən artıq iştirakçı yer alıb.
Sonda fərqlənən iştirakçılara simvolik medallar təqdim olunub, xatirə şəkilləri çəkilib.