Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının "Həyatla oyun" tamaşası Sumqayıt Dövlət Dram Teatrının səhnəsində nümayiş olunub.

Tamaşanın əsas məqsədi bütün bəşəriyyətin ən qorxulu problemlərindən olan narkomaniya və QİÇS-ə qarşı mübarizəyə çağırmaqdır.

Əvvəlcə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşı Raqif Allahverdiyev və  tamaşanın rejissoru, Əməkdar artist İntiqam Soltan gənclər qarşısında çıxış edərək narkomaniya kimi bir bəlanın nə qədər ciddi problemlər törətdiyini diqqətə çatdırıblar.