Bu il Azərbaycan bədii fikrinin görkəmli siması, görkəmli şair, xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) anadan olmasının 190 ili tamam olur. Prezident İlham Əliyev martın 14-də Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb.

Nazirliyin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Xurşidbanu Natəvan” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə rəsmi sənədlərlə yanaşı, Xurşidbanu Natəvanın əsərlərinin yer aldığı kitablar, fotolar, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xursidbanu_Natevan/index.htm linkindən istifadə edə bilərlər.