İşğaldan azad edilmiş rayonların sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd magistralının Xudafərin su anbarı (Cəbrayıl rayonu)  yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km-dir. Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər inşa olunan 14 km-lik yeni avtomobil yolu ilə birlikdə layihə 70.4 km təşkil edir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa olunur. Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 45 km-lik hissəsində torpaq yatağının inşası işləri davam etdirilir. Yol yatağı hazır olan 8 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyü döşənib. Xanlıq istiqamətində olan 14 km-lik hissədə torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işləri icra edilir.

Nurəddin