Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ramazan bayramı münasibətilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə konsert təşkil edib.

İdarənin rəis müavini Nazim Əliyevin də iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Humay Muxtarova və Ayaz Məmmədovun aparıcılığı ilə keçən konsertdə müğənni Nadir Qafarzadə, aşıq Elvin Mehmanlı və Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı çıxış edib.

Qeyd edək ki, tədbirin təşkilində məqsəd Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyətinin və kursantlarının asudə vaxtını səmərəli təşkil etmək, onları mədəni irsimiz və milli dəyərlərimizlə yaxından tanış etməkdir.