Bölgələrdəki mədəniyyət müəssisələrində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın (1923-1985) anadan olmasının 99-cu ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib.

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Əməkdar elm xadimi” adlı tədbir keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyəti, “Aran” qəzeti, Mərkəzi Rayon Xəstəxanası, 11 nömrəli tam orta məktəb və MKS-nin kollektivlərinin iştirak etdiyi tədbirdə “Zərif ana” adlı sərgi nümayiş etdirilib.

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında görkəmli oftalmoloq-alimin anadan olmasının ildönümü münasibətilə “Zərifə Əliyeva – 99” adlı kitab sərgisi təşkil edilib.

Sumqayıt RMİ Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər qonaqlar çıxış ediblər. Çıxışlarda akademik Zərifə Əliyevanın Azərbaycanda tibb elminin inkişafına verdiyi töhfələrdən söz açılıb.

Nurəddin