Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi-pedaqoq, tərcüməçi, ictimai xadim Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyi qeyd olunur.

XX yüzilliyin birinci yarısında poeziyamızda istiqlal ideallarının tərənnümü, Vətənə bağlılıq, bütün Türk dünyasının taleyi Əhməd Cavad yaradıcılığının əsas qayəsini təşkil edir. Hər misrası vətənsevərlik dərsi, qəhrəmanlıq salnaməsi olan Dövlət Himnimiz şairin əbədiyaşar yaradıcılıq qayəsinin proqramı, məramnaməsidir.

Prezident İlham Əliyev 20 aprel 2022-ci il tarixində istiqlal şairinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əhməd Cavad” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, Əhməd Cavadın müəllifi olduğu kitablar, haqqında yazılan nəşrlər və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ehmed_Cavad/index.htm linkindən istifadə edə bilərlər.