Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq informasiya fakültəsinin IV kurs tələbəsi Nərgiz Ağayevanın sərgisi təşkil olunub. Tədbirdə kitabxananın əməkdaşları, tələbələr iştirak ediblər.

Kitabxananın direktoru Aslan Cəfərov kitabxanaçılıq ixtisasına yiyələnən Nərgiz Ağayevanın ilk sərgisinin burada təşkil olunmasının müsbət hal olduğunu bildirərək ona yaradıcılıq uğurları arzulayıb.

Nərgiz Ağayeva sərginin keçirilməsi üçün yaradılan şəraitə görə Respublika Gənclər Kitabxanasına minnətdarlığını bildirib. O, rəssamlığa uşaqlıq illərindən maraq göstərdiyini və gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini deyib.

Sərgidə həvəskar rəssamın yağlı boya ilə çəkdiyi 10-dan çox əsəri nümayiş olunub. Sonda müəllif rəsmlərindən birini kitabxanaya hədiyyə edib.