Beynəlxalq Muğam Mərkəzində (BMM) mayın 5-də “Yunus Əmrə aşiqləri” adlı konsert proqramı təqdim edildi. Konsert AMEA Folklor İnstitutunun “Qorqud” folklor ansamblı, Bakı Yunus Əmrə İnstitutu və “Dünya Musiqisinin İncisi – Muğam” İctimai Birliyinin dəstəyi ilə keçirildi.

Konsertdən əvvəl Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Yunus Əmrənin həyat və yaradıcılığından söz açdılar. Musiqi axşamının təşkilinə görə BMM-ə minnətdarlıq ifadə olundu.

Yunus Əmrə haqqında qısametrajlı filmin nümayişindən sonra Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə “Qorqud” folklor ansamblının ifasında musiqi nömrələri təqdim olundu. Proqramda dahi türk şair və mütəfəkkiri şeirlərinə bəstələnmiş mahnılar, ibrətamiz fikirlər və poetik-fəlsəfi nümunələr səsləndirildi.

Lalə