Mayın 10-da Bakı Dövlət Sirkinin orkestr heyəti “Qış parkı”nda konsert proqramı ilə çıxış edib.

Konsert ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. On altı nəfərdən ibarət orkestrin ifasında Azərbaycan və dünya klassik bəstəkarlarının əsərləri səslənib. Proqramın sonunda Azərbaycan “Cəngi”sinin cazla sintezi ifa olunub.