Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərli) “Əsrə bərabər illər” kitabı işıq üzü görüb.

Naxçıvan şəhərində fəaliyyət göstərən “Əcəmi” nəşriyyatında çap olunan kitabın ön söz müəllifi AZƏRTAC-ın İdarə heyətinin sədri, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovdur.

Muxtar respublikanın keçdiyi inkişaf yolundan bəhs edən nəşrdə jurnalistin AZƏRTAC-da və NMR-in mərkəzi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində işıq üzü görmüş analitik materialları və icmalları toplanılıb.

“Əsrə bərabər illər” kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən kitabxanalara təqdim edilib. Kitab həmçinin Azərbaycan Milli Kitabxanasının elektron kataloquna da (http://ek.anl.az/search/query?term_1=Rauf+%C6%8Fliyev+%C6%8Fsr%C9%99+b%C9%99rab%C9%99r+ill%C9%99r&theme=e-kataloq) yerləşdirilib.