Xəbər verildiyi kimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Türkiyədə də müxtəlif tədbirlərlə qeyd olunub.

Belə tədbirlərdən biri Ankaradakı Heydər Əliyev adına orta məktəbdə təşkil olunub. Məktəbin foyesində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin işçilərinin də iştirak etdiyi tədbir iki dövlətin himnlərinin səslənməsi ilə başlayıb.

Şagirdlər ulu öndərə ithaf olunan şeirlər söyləyiblər. Azərbaycan musiqiləri səsləndirilib.

Tədbirdə məktəb şagirdləri arasında keçirilmiş şeir, inşa və rəsm müsabiqəsi barədə də məlumat verilib. Müsabiqədə fərqlənən məktəblilər təltif olunub.