Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanası “Yayı kitabla keçirək” adlı layihəyə başlayıb.

Layihə çərçivəsində Mərkəzi Uşaq Kitabxanasında “Ziyalılarımızı tanıyaq” adlı tədbir keçirilib. Kitaba, mütaliəyə marağın artırılması, asudə vaxtın daha maraqlı və məzmunlu təşkili məqsədilə təşkil olunan tədbirin ilk qonağı yazıçı-publisist, Əməkdar jurnalist Eyruz Məmmədov olub.

Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin şagirdlərinin, müəllim və valideynlərin iştirak etdiyi görüşü kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova açaraq oxucularda mütaliə mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

Sonra Eyruz Məmmədov uşaq və yeniyetmələrin mütaliə vərdişlərində kitabxananın imkanlarını cəmiyyətə göstərmək məqsədilə təşkil etdikləri “Dostlar klubu”nun məramından, dahi mütəfəkkirlərin, elm və sənət xadimlərinin kitab, mütaliə haqqında dəyərli fikirlərindən sitatlar gətirib. O, həmçinin kitabın insan xarakterinə, düşüncəsinə bilavasitə təsirindən danışıb, uşaqların suallarını cavablandırıb.

Nurəddin