Bu il Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illik yubileyi tamam olur. Mayın 25-də bu münasibətlə yubiley konserti keçiriləcək.

“Şuşa, biz gəldik” adlı konsertdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinfi, “Musiqili uşaq teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər rəngarəng musiqi nömrələri ilə çıxış edəcəklər. Bundan başqa, “Bacarıqlı əllər” rəsm dərnəyinin sərgisi də nümayiş olunacaq.

Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnı və rəqsləri səslənəcək.