“Youtube” sosial platforması üzərindən Azərbaycanın ilk peşəkar teatr kanalı fəaliyyətə başlayıb.

Azərbaycanda peşəkar milli teatrın yarandığı ilə ithaf olaraq “Kanal 1873” adlandırılan internet kanal Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilib.

Kanalda teatr və ümumilikdə mədəniyyətlə bağlı maarifləndirici, əyləncəli proqramlar yayımlanacaq. Eyni zamanda, kanalda tamaşaların və filmlərin nümayişi də nəzərdə tutulur.