Mayın 26-da Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyi (British Council Azerbaijan) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandum Böyük Britaniya və Azərbaycan arasında yaradıcı sənayelərdə beynəlxalq dialoqu və əməkdaşlığı gücləndirmək üçün səmərəli tərəfdaşlıq yaratmaq və birgə fəaliyyətləri təşviq etmək üçün birlikdə işləmək; dövlət və özəl tərəfdaşlıq təşəbbüslərini və birgə layihələri təşviq etmək; “British Council”ın mövcud proqramları çərçivəsində yaradıcı sənayelərin digər sahələrinə, dövlət özəl tərəfdaşlığına və digər əlaqəli proqram və sahələrə də şamil oluna bilən yeni əməkdaşlıq proqramları modelinin hazırlanması üçün əməkdaşlığın gücləndirilməsi kimi sahələri əhatə edir.

Görüşdə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə “British Council Azerbaijan”ın  birgə icra etdiyi “Yaradıcı prodüserlər proqramı”nı uğurla tamamlamış məzunlara  sertifikatlar təqdim edilib.