Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası Qarabağ mövzusunda tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edib.

“Azərbaycanfilm”in 100 illiyinə həsr olunan müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.

Sənədlərin qəbulu 1 iyun – 30 iyun 2022-ci il tarixlərində elektron şəkildə musabiqe@azerbaijanfilm.az poçt ünvanı vasitəsilə aparılacaq.

Ssenariləri kinostudiya nəzdində yaradılmış Ekspert şurası qiymətləndirəcək. Qaliblərin adları 2022-ci il avqustun 2-də – Azərbaycan kinosu günündə elan olunacaq.

1-ci, 2-ci və 3-cü yerlər üçün müvafiq olaraq 10 000, 8 000 və 5 000 manat məbləğində mükafat nəzərdə tutulub.

Müsabiqənin reqlamenti bu linkdə: http://culture.gov.az/medias/media/other/814/reqlament.doc