İsveçdə “İncil”in Azərbaycan dilinə tərcüməsinin XVII əsrə aid nüsxəsi aşkar edilib.

Matfey və İohanın “İncil”in tərcüməsi latın şrifti ilə fransız dilinin orfoqrafiyasına uyğun olaraq İsfahanda yazıya alınıb. Əlyazma 1680-ci illərdə Moskvada olmuş isveçli səyyah Yohan Qabriel Sparvenfeld tərəfindən əldə edilib. Nadir tarixi əlyazma hazırda Uppsala Universitetinin kitabxanasında saxlanılır.