Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil olunub.

Növbəti təcrübə kursunda bərpaçı-rəssam Cəfər Əliquliyev tələbələrə Azərbaycan rəngkarlığının qədim və zəngin tarixə malik olan əsas növləri, onların bədii-estetik xüsusiyyətləri və bərpası haqqında ətraflı məlumat verib.

Dərs zamanı tələbələrə eksponatın bərpaya daxil olduqdan sonra vizual müayinəsi, kimyəvi və texnoloji analizləri, bərpaçının gündəliyində apardığı qeydləri, eksponata uyğun bərpa material seçilməsi, bioloji, mexaniki zədələnmələrin müəyyənləşdirilməsi, eləcə də tətbiq olunan kimyəvi üsullar ətraflı izah olunub.

İstehsalat təcrübəsi mayın 31-də başa çatıb.