Tanınmış musiqişünas alim, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, akademik Zemfira Yusif qızı Səfərova “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev iyunun 9-da bununla bağlı sərəncam imzalayıb. Zemfira Səfərova Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, iyunun 10-da akademik Zemfira Səfərovanın 85 yaşı tamam olur.

Fundamental tədqiqatların müəllifi olan alim Orta əsr risalələrini mətnşünaslıq cəhətdən hazırlayaraq nəşr etdirib, “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” kitabını, qədim musiqi terminləri lüğətini tərtib edib.

Zemfira Səfərovanı yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.