Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Musiqi məktəbi də tədris ilinin yekun konsertini təqdim edib.

İdarədən bildirilib ki, “Uğurlu gələcək” adlı konsertdə məktəbin müxtəlif müsabiqələrdə iştirak edən istedadlı şagirdləri ilə yanaşı, musiqiyə yenicə qədəm qoyan aşağı sinif şagirdləri də iştirak ediblər. Şagirdlərin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri dinləyicilərin alqışları ilə qarşılanıb.

Sonda məktəbin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva proqramı təşkil edən müəllim Ləman Əhədovanı və şagirdləri uğurlu konsert münasibətilə təbrik edib.