Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə birinci sinif şagirdləri Aydan Nəsirli və Aylin Babazadə (müəllim: M.Əsgərova) Moskvada keçirilən “İstedadlar paradı” (“Парад талантов”) adlı beynəlxalq çoxjanrlı müsabiqə-festivalda uğurla iştirak ediblər.

İdarədən bildirilib ki, şagirdlər beynəlxalq festivalda uğurlu çıxışlarına görə Qran-pri diplomu ilə təltif olunublar.