Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyul ayının 21-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Qəbələ rayonu, Həzi Aslanov küçəsi 12) Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar 17 iyul tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493 30 02 telefon nömrəsi vasitəsilə və  “Whatsapp” xidmətinə  (077 714 71 47) müraciət etməklə qəbula yazıla bilərlər.