Mədəniyyət Nazirliyi “Şuşa İli”nə töhfə olaraq “Şuşa qalası” adlı yeni layihəyə start verir. Layihə çərçivəsində Şuşanın hər məhəlləsindən bəhs edən videoçarxlar hazırlanacaq.

Videoçarxlarda məhəllədə olan tarixi tikililər, küçə ilə bağlı mənbələrə istinad, bu məhəllənin adət-ənənələri, insanların əsas məşğuliyyəti, təsərrüfat və dekorativ-tətbiqi sənət növləri, eləcə də memarlıq nümunələri ilə bağlı məlumat veriləcək. Əsrlər boyu burada kök salmış nəsillər barədə informasiya təqdim olunacaq. Videoçarxlarda həmçinin mədəniyyət beşiyimiz Şuşada aparılan yenidənqurma və bərpa prosesi də önə çəkiləcək.