İyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi tamam oldu. 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə yaradılan qurum 2008-ci ilədək Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi adlanıb.

Əlamətdar yubiley ərəfəsində Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Dövlət Komitəsinin sədri Fuad Muradov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, komitənin 8 nəfər əməkdaşı “Tərəqqi” medalı ilə təltif olunub.