Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru, yazıçı, publisist, pedaqoq Tağı Şahbazi Simurğun (1892-1938) anadan olmasından 130 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasıbnda bu münasibətlə “Tağı Şahbazi Simurq 130” adlı biblioqrafik yaddaş hazırlanıb.

Biblioqrafik yaddaşda maarifçi ədibin həyat və yaradıcılığı, əsərləri, onun haqqında yazılmış kitablar, dövri mətbuat materialları əksini tapıb.

Tağı Şahbazi Simurq 1892-ci ildə Bakıda anadan olub. Xarkov Darülfünunun Fizika və riyaziyyat fakültəsində ali təhsil alıb. 1922–1923-cü illərdə Azərbaycan xalq maarif komissarının müavini, 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalının redaktoru, 1923–1926-cı illərdə Azərbaycan Mərkəz İcraiyyə Komitəsinin katibi, 1926–1929-cu illərdə ADU-nun (indiki BDU) rektoru, 1930–1937-ci illərdə Azərbaycan xalq səhiyyə komissarının müavini vəzifələrində çalışıb. 1938-ci ildə repressiya olunub.

Biblioqrafik yaddaş kitabxananın saytında yerləşdirilib: https://ryl.az/funds/buklet-biblioqrafik-yaddas